Bakıda körpü buz bağladı

Day.Az представляет новость на азербайджанском языке

Babək prospektindən Günəşli istiqamətində, eləcə də əks istiqamətdə körpünün üzərində yolun hərəkət hissəsi buz bağlayıb.

Day.Az xəbər verir ki, bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

"Bu səbəbdən də bir qədər əvvəl körpünün üzərində yol nəqliyyat hadisəsi baş verib", - deyə məlumatda qeyd olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.