Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Day.Az представляет новость на азербайджанском языке

Qeyri-sabit hava şəraiti Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında yolun qarla örtülməsi magistralda avtomobillərin hərəkətinə mane olub. Yolun bəzi hissələri buz bağlayıb. Qarın yağması yolun 150-ci kilometrliyində - Ağsu dolaylarında avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Hadisə yerinə Ağsu və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yolda avtomobillərin hərəkətinin bərpası üçün təmizləmə işləri aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.