"İki supergücün Bakıda görüşməsinin kökündə bəzi məqamlar dayanır"

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi Azərbaycan prezdentinin uzun illər boyu apardığı uğurlu beynəlxalq siyasətin göstəricisidir. Azərbaycandakı sabitliyiə, təhlükəsizliyə və yüksək multikultural mühitə dünyanın supergüclərinin etibar etməsi, ölkəmizin dünya üçün böyük əhəmiyyətə malik olduğunu göstərir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Azər Badamov bildirib.

Onun sözlərinə görə, dünyanın iki supergücünün Bakıda görüşməsinin kökündə bəzi məqamlar dayanır:

"Birincisi, Azərbaycan prezdentinin dünyada şəxsi nüfuzu çox yüksəkdir. Dövlət başçımız həm ABŞ-ın, həm də Rusiyanın rəhbərləri ilə yüksək dostluq münasibətləri qurub. Bu dostluğun da təməlində cənab İlham Əliyevin heç kimdən çəkinmədən apardığı müstəqil dövlət siyasəti durur. Həm ABŞ və Rusiya Azərbaycana strateji tərəfdaş olaraq etibar edir. Azərbaycan hər zaman üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yüksək səviyyədə icra edir.

İkincisi, Azərbaycan beynəlxalq görüşlərinin keçirilməsi üçün müasir şəraitə malik ən təhlükəsiz məkandır. Son illər paytaxtımızda keçirilən beynəlxalq tədbirlər də bunu deməyə imkan verir. Həmçinin, beynəlxalq görüşlərin təşkilində Bakının təcrübəsi böyükdür. Bu günə qədər ölkəmizdə baş tutan hər bir görüş çox yüksək səviyyədə təşkil olunub və iştirakçılar çox məmnun qalıblar.

Nəhayət, Azərbaycan iqtisadi və siyasi baxımdan tam müstəqil ölkədir. Heç kimdən asılılığı yoxdur. Öz gələcəyini özü müəyyənləşdirir. Azərbaycanın belə azad mövqeyi onun dünya əhəmiyyətli görüşlər üçün əhəmiyyətini artırır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.