Evlilik proqramı Türkiyə parlamentində müzakirə olundu

17 февраля 2017 11:25

Day.Az представляет новость на азербайджанском языке

Çoxsaylı tənqidlərə məruz qalan evlilik proqramları Türkiyə parlamentində (TBMM) müzakirəyə çıxarılıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, MHP partiyasının bu verilişlərlə bağlı araşdırılma aparılması təklifi AKP-li millət vəkillərinin səs çoxluğu ilə rədd edilib. MHP rəhbərinin müvəkkili Erhan Usta AKP-nin bu qərarına belə münasibət bildirib:

"İndi belə bir xeyirli iş üçün olan məsələyə AKP-nin yox deməsini başa düşmürəm".

AKP-li millət vəkili Radiye Sezer Katırcıoğlu isə proqramlara verilən cəzaların kafi olduğunu və yaxında öz nəticəsini verə biləcəyini qeyd edib.

CHP partiyasının məclisdəki nümayəndəsi isə verilişə qatılanlar arasında adını açıqlamadığı iştirakçının mətbuat orqanlarından birinə göndərdiyi məktubu oxuyub. İştirakçı verilişlə bağlı təəssüratlarını belə yazıb:

"2 evlilik proqramına qatıldım. Əvvəl verilişin rejissorları tərəfindən sorğu-sual edildim, daha sonra isə dediklərini eynilə etməyimi və yalnız onların istədikləri adama aşiq olmağımı söylədilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.