Sevda: "Mənim 100 kiloqram çəkim olmayıb ki, plastik əməliyyat etdirim" - FOTOLAR

17 февраля 2017 11:28

Day.Az представляет новость на азербайджанском языке

Son günlər xeyli arıqlaması ilə gündəmə gələn əməkdar artist Sevda Ələkbərzadə tədbirlərin birində görüntülənib.

Axşam.az-ın məlumatına görə, müğənni plastik əməliyyat etdirərək artıq çəkidən xilas olması ilə bağlı deyilənlərə münasibət bildirib:

"Mənim 100 kiloqram çəkim olmayıb ki, plastik əməliyyat etdirim. Bütün xanımlar pəhrizlə arıqlaya bilərlər. Mən də sağlam qidalanaraq artıq çəkidən xilas oldum".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.