Güclü qar Cəlilabadda evlərə ziyan vurub - YENİLƏNİB

17 февраля 2017 13:14

Day.Az представляет новость на азербайджанском языке

----------
13:14

Güclü qar yağıntısı Cəlilabad rayonunun Yeddibulaq kəndində bəzi evlərə ziyan vurub.
"Report"un verdiyi məlumata görə, həmin kənddə iki evin damı qarın ağırlığına tab gətirməyərək uçub.
Hazırda həmin evlərin kimə məxsus olduğu müəyyənləşdirilir.
Bölgədə qar intensiv olaraq yağmaqda davam edir. Cəlilabadın rayon mərkəzində qarın qalınlığı 40 santimetr, kəndlərdə isə 1 metrə yaxındır.
Rayonun Buravar kəndində qar daha çox müşahidə olunur. Burada qarın hündürlüyü 1 metrə çatıb. Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol açıq olsa da, daxili yollarda sürücülər problemlərlə üzləşirlər.
Yardımlı rayonunda ötən gecədən başlayaraq güclü qar yağıb. Rayon mərkəzində 30-35 santimetr, kəndlərdə isə 1 metrə yaxın qar yağıb.
Rayonda elektrik enerjisinin verilişində fasilələr yaransa da, ciddi problem yaşanmayıb.
Masallı rayonunda da vəziyyət eynidir. Qar yağmaqda davam edir. İki gün əvvəl rayonun Dəlləkli kəndində qəzalı vəziyyətə düşən evin qalan hissəsini qorumaq üçün qoyulan dirəklər ötən gecə yenidən aşıb. Nəticədə evin digər otağı da uçub.
Lerik-Lənkəran yolunda hərəkət birtərəfli qaydada işləyir. Gün ərzində texnikalar yolda hərəkətin davamlı olması üçün yollarda təmizləmə işləri aparır. Lerik rayonunun mərkəzində qarın qalınlığı 80 sm-dən çoxdur.
Bölgədə ən az Astara rayonunda qar var. Şəhər ərazisində qarın qalınlığı 12-15 santimetr, kəndlərdə isə 40-45 santimetrə qədərdir.

---------
11:30

Güclü qar yağıntısı Cəlilabad rayonunun Yeddibulaq kəndində bəzi evlərə ziyan vurub.

Day.Az report-a istinadən xəbər verir ki, həmin kənddə iki evin damı qarın ağırlığına tab gətirməyərək uçub.

Hazırda həmin evlərin kimə məxsus olduğu müəyyənləşdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.