Şahin Zəkizadənin həyat yoldaşı: "Canımdan can getdi"

Day.Az представляет новость на азербайджанском языке

Qan xərçəngi xəstəliyindən vəfat edən rejissor Şahin Zəkizadə bu gün dəfn olunacaq. 

Musavat.com xəbər verir ki, rejissorun ailə üzvləri, sənət dostları və yaxınları mərhumu son mənzilə yola salmaq üçün Yeni Yasamaldakı mənzilinə toplaşırlar.

Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə bildirib ki, sonuncu dəfə onunla danışa bilməyib:

"Canımdan can getdi. Son vaxtlar deyirdi ki, Səbiş, şirin çay ver. O sözü məni çox sevindirirdi. İnanırdım ki, sağalacaq. Şahinin arzuları çox idi. Deyirdi ki, sağalım, oğlum Əli ilə idmana gedəcəyəm.

Tapşırırdı ki, uşaqlara qışqırmayım. Mən də sözündən çıxmırdım. Əli bütün günü ata deyib çağırır. Şahin uşaqlarından doymadı. 37 yaşında bizi tərk etdi".

Zəkizadə Maştağada yerləşən "Seyidlər" qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.