Beyonse evində qonaqlıq verdi

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls "Grammy" mükafatlarını alması münasibətilə parti təşkil edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Beyonse Nouls və əri, reper-prodüser Cey Zinin malikanəsində təşkil olunmuş partiyə ailə üzvləri, qohumlar və dostlar dəvət olunmuşdular.

35 yaşlı Beyonse Nouls "Lemonade" albomuna görə "Ən yaxşı urbanistik albom", "Formation" mahnısının videoklipinə görə isə "Ən yaxşı klip" nominasiyalarında "Grammy" almışdı.

Əkizlərə hamilə olan Beyonse partidə qədim yunanların toqasına bənzər paltarda idi. Partidəki qonaqlar arasında Beyonsenin bacısı Solanj Nouls və onun əri Alan Ferqüsson, habelə Kelli Rouland da vardı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.