Robert Sekuta Xocalıdan olan məcburi köckünlərə baş çəkib - FOTOLAR

17 февраля 2017 12:44

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalıdan olan məcburi köckünlərin ailəsinə baş çəkib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ailə başçısı Tofiq Cəbrayılovla görüşən səfir əvvəl onun kiçik dükanına baxıb, sonra evə dəvət olunub. T.Cəbrayılov diplomata Xocalıda 1992-ci il fevralın 26-da yaşadığı dəhşətlərdən danışıb. O, Xocalı faciəsi zamanı anasının və digər qohumlarının öldürüldüyünü bildirib.

Səfir söhbət zamanı qeyd edib ki, ABŞ hökuməti bu hadisələrdən əziyyət çəkən azərbaycanlılara kömək etməkdə davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.