Pakistanda 36 terrorçu məhv edildi

17 февраля 2017 12:49

Day.Az представляет новость на азербайджанском языке

Fevralın 16-da Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərində törədilən terror aktından sonra hökumət qüvvələri Kəraçi şəhərində 11, Sinda Kator yaşayış məntəqəsində 7 terrorçunu məhv edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanın şimalındakı qəbilələr ərazisində, Əfqanıstanla sərhəddə terrorçularla sərhədçilər arasında baş verən atışmada 3 terrorçu məhv edilib, iki hərbçi yaralanıb. Peşəvər şəhərində reyd zamanı 3 terrorçu məhv edilib, ölkənin digər ərazilərində isə 12 terrorçu öldürülüb.

Yerli mətbuatın verdiyi məlumata görə, Pakistanın güc strukturları təxminən bir sutka ərzində ölkənin müxtəlif yerlərində 36 terrorçunu məhv ediblər.

Xatırladırıq ki, fevralın 16-da törədilmiş qanlı terror aktı nəticəsində 74 nəfər həlak olub, 300-dən artıq dinc sakin yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.