Silahla tutulan şəxs oğru çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir uğurlu əməliyyat-axtarış tədbiri Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

ARB TV xəbər verir ki, əvvəllər məhkum olunmuş Bakı sakini Elnur Tağıyev şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman "Naqan" markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb. Tağıyevin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Nərimanov rayonu ərazisində 3 mağaza və 1 kafedən oğurluq etdiyi də məlum olub.

Elnur Tağıyev - saxlanılan şəxs: "Silahı Biləcəridə vaqon yolunda tapmışam. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tutub gətirdilər polis şöbəsinə. Ondan əlavə, 4 oğurluğun üstü açıldı. 3-ü mağaza, 1-i kafedir. Mağazadan siqaret və içki, kafedən isə televizor".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: