Təranədən küsülü olduğu Şahinə: "Hər xatirə bir yaraya çevrildi"

17 февраля 2017 13:45

Day.Az представляет новость на азербайджанском языке

Prodüser Təranə Səmədova bir müddətdir küsülü olduğu, ötən gün dünyasını dəyişən rejissor Şahin Zəkizadə ilə bağlı xatirələrini bölüşüb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, prodüser bildirib ki, son bir neçə aydır Şahinlə danışmırdılar: "Onunla bağlı o qədər xatirələrim var ki... 12 illik dostluğumuz var idi. Birlikdə o qədər işlər görmüşdük ki: kliplər, reklamlar. Artıq hər xatirə bir yaraya çevrildi. İçimi göynədən yeganə şey son aylarda küsülü olmağımızdır. Aramızda çox işlər olub, mən halallığını verdim. İnşallah, sən də mənə halallıq verərsən. Allah sənə rəhmət eləsin, ailənə səbr versin. İki balanı başsız qoydun getdin. Həyatımda ən yaxın bildiyim, rejissor deyəndə ağlıma ilk gələn, illər boyu qürurla adını çəkdiyim dostum - Şahin Zəkizadə. Qəbrin nurla dolsun".

Qeyd edək ki, Ş.Zəkizadənin T.Səmədovadan küsməyinə səbəb prodüserin onu xəstəxanada ziyarət etməməsi olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.