Boşandıqdan sonra barışan cütlük yenə ayrıldı

Day.Az представляет новость на азербайджанском языке

6 ay evli qaldıqdan sonra boşanan, lakin yenidən sevgili olan aparıcı Nazlı Çelik və iş adamı Sərdar Bilgili münasibətlərini davam etdirə bilməyiblər.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu dəfə cütlüyün ayrılmasına səbəb bir qadın olub. Barışdıqdan sonra yenidən bir evdə yaşayan ikili yenə də 6 aydan sonra ayrılıb. İddialara görə, iş adamı artıq başqa bir qadınla görüşür.

Qeyd edək ki, Nazlı və Sərdar 2015-ci ildə Madriddə ailə qurmuşdular.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.