İrəvanda qarşıdurma: Sarkisyanın adamı öldü

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanda aprel seçkilərinə hazırlıq çərçivəsində rəqiblərinə qarşı mübarizəni sərtləşdirən Qarabağ klanı artıq ilk qurbanını verib.

Day.Az istipress-ə istinadən xəbər verir ki, ilk qurban hakim Respublika Partiyasının Artaşat vilayəti üzrə başçısının müavini Qaqik Beqlaryan olub. 

"Qraparak" qəzetinin yazdığına görə, Ermənistanın keçmiş rabitə naziri Qaqik Beqlaryan seçki qabağı atmosferin gərgin əhval-ruhiyyəsinə dözə bilməyib və qəfildən dünyasını dəyişib. Elə də yaşlı olmayan, sağlamlığından şikayət etməyən Qaqikin 52 yaşında dünyasını dəyişməsi Ermənistanda ciddi müzakirələrə səbəb olub.  

İrəvanda doğulsa da Qarabağ klanına işləyən  Qaqik Sarukyan bundan əvvəlki qarabağlı prezident Robert Koçaryanın da yaxın adamı olub. İndi nazir postunu tutmasa da hər halda Artaşatda hakim pratiyanın önəmli adamlarından biridir. Ümumiyyətlə, Artaşat Qarabağ klanını hakimiyyətdən salmaq istəyən İrəvan ermənilərinin əsas ümid yeridir. 2015-ci ildə Serj Sarkisyanı yıxmaq istəyən Qaqik Sarukyan da məhz Artaşata güvənirdi.

"Qraparak" yazır ki, Qaqik Beqlaryan Ermənistanın keçmiş polis rəisi Alik Sarkisyanla görüşdən sonra dünyasını dəyişib. Deyilənə görə, Alik Sarkisyan ona seçkilərdə Serj Sarkisyanın əsas rəqibi  Ovik Abramyana qarşı işləməyi tapşırıb. İndi Qaqik Beqlaryanın hansı səbəbdən ölməsi qaranlıqdır. Ola bilər ki, Qaqik Beqlaryan çətin vəziyyətə düşdüyünü anlayıb və stressə düşərək ölüb. Ola bilər də ki, o, Alik Sarkisyanla razılaşmayıb və buna görə də ölüm lə cəzalandırılıb.

Aprel seçkilərindən sonra baş nazir olaraq Ermənistanı ölənə kimi idarə etməyi qarşısına məqsəd qoyan Serj Sarkisyan buna qadirdir. 2008-ci ildə Serj Sarkisyan prezident olmaq istəyirdi və buna görə martın 1-də 8 nəfər dinc vətəndaşın ölümünə bais olmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.