Ərəblərin 6-təkərli "Gelandewagen"ləri Neftçalada batdı - FOTO

17 февраля 2017 14:58

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycana ova gələn ərəb turistlərin 6-təkərli "Gelandewagen"ləri Neftçalada palçığa batıb.

Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, motor.ru saytı bu barədə sosial şəbəkələrə istinadən xəbər yayıb. Kadrlara əsasən, Mercedes-Benz G 63 AMG 6×6 "Gelandewagen" markalı iki avtomobildən biri batıb, digəri isə onu qoşquya alaraq çıxarmağa çalışır. Kadrların nə vaxt çəkildiyi haqda məlumat yoxdur. Həmin avtomobillər ilk dəfə 2013-cü ildə nümayiş etdirilib, 544 at gücünə malik 5.5 litrlik biturbo mühərriklə təchiz olunub. Ov ovlamağa, quş quşlamağa çıxan ərəblərin sevimli "oyuncağıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.