Ziyafət Əsgərov: "Dağlıq Qarabağda bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər"

17 февраля 2017 15:00

Day.Az представляет новость на азербайджанском языке

"Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumu heç bir dövlət tanımır. Bu, dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi "seçkilər", o cümlədən indiki "referendum" da qondarmadır".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat veriblər:

"Belə "seçkilər"in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur. Sadəcə, onlar "referendum"u keçirməklə "biz də varıq" demək istəyirlər. Lakin dünya dövlətlərinin onları tanımadığını unudurlar".

 

Z.Əsgərov deyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.