Ağsu dolaylarında hərəkət bərpa olundu - FOTOLAR

17 февраля 2017 15:56

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib.

Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, səhər saatlarında "Azəravtoyol" ASC-nin "16 №-li Yol İstismarı" MMC-nin əməkdaşları və canlı qüvvəsi yolun 150-ci kilometrliyinə - Ağsu dolaylarına cəlb edilib, yol qar və buzdan təmizlənib.

Hazırda yolda avtomobillərin hərəkətində problem yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.