Goranboyda 3 otaqlı ev yanıb

Day.Az представляет новость на азербайджанском языке

Goranboyun Goranlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Day.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə edilib.

Yanğın saat 14:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.