Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşdı

17 февраля 2017 16:51

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Trend-ə Komissiyanın üzvü Rəşad Məcid deyib.

R.Məcid bildirib ki, görüşdə 100-ə qədər müraciətə baxılıb və onların təqribən yarısına müsbət rəy verilib.

Komissiya üzvü əlavə edib ki, növbəti iclas gələn həftə keçiriləcək.

Qeyd edək ki, ümumilikdə komissiyaya 800-dən artıq müraciət daxil olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.