Xəyanətə görə evə buraxılmayan kişi özünü vurdu - Hər şey bir mesajla başladı

Day.Az представляет новость на азербайджанском языке

Antalyada həyat yoldaşını aldatdığı iddiasıyla evə buraxılmayan 34 yaşlı işsiz Turhan Ö. mənzilinin qapısında tapançayla başına atəş açaraq intihar edib.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində qalan Turhan Ö. iddiaya görə həyat yoldaşı Ü.Ö.-nü başqa bir qadınla aldadıb. Bir müddət ayrı yaşayan cütlük qısa müddət sonra yenidən bir araya gəlib. Ancaq Ü.Ö. keçən çərşəmbə axşamı günü Turhan Ö.-nün mobil telefonundan başqa bir qadınla mesajlaşdığını görüb. Cütlük arasında buna görə mübahisə baş verib. Mübahisə sonrası Turhan Ö. evi tərk edib.
 
Dünən gecə saatlarda evə gələn Turhan həyat yoldaşı və 2 uşağının qaldığı mənzilin qapısını döyüb. Ü.Ö. həyat yoldaşını evə buraxmayıb. Bundan sonra Turhan üzərində gəzdirdiyi tapançayla səhərə yaxın başına atəş edərək intihar edib. Özpınarın cəsədi səhər saatlarında bina sakinləri tərəfindən tapılıb. Polis və səhiyyə işçilərinin araşdırmasından sonra Turhan Ö.-nün cənazəsi Antalya Ədli Tibb Təşkilatı Morquna göndərilib. Polisin araşdırması zamanı gözyaşı tökən Ü.Ö.-nü qonşuları və yaxınları sakitləşdirməyə çalışıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.