Möcüzə! Komadan 12 İl sonra oyandı - İlk dediyi söz görün nə oldu!

17 февраля 2017 17:06

Day.Az представляет новость на азербайджанском языке

Möcüzə! Komadan 12 İl sonra oyandı.

Sfera.az xəbər verir ki, Martin Pistorius, Cənubi Afrikada böyüyən adi uşaqlardan biridir. 12 yaşında sirli xəstəliyin baş verməsi nəticəsində həyatı dəyişilib.

Öncə boğaz ağrısıyla başlayan xəstəlik daim yatması və ən sonunda hərəkət qabiliyyətini tamamilə itirməsi ilə özünü göstərib.

Həkimlər onun bir növ menenjitə tutulduğunu söyləyərək kömək edə bilməyəcəklərini deyib evə göndəriblər.

Ailəsi onun hər anında yanında olub. Hamam və yemək yemək kimi sadə işlərini həyata keçirməyən Martini, yataq yarası əmələ gəlməsin deyə hər 2 saatda bir çevirmələri lazım idi. Gündüzlər reabilitasiyaya gedən Martin, 2 il sonra şüurunu qazanmağa başlayır. 16 yaşına gələndə durumundan xəbərdar idi, ancaq yenə də hərəkət etmirdi. Danışıq qabiliyyətinin yaranması üçün 10 il daha gözləməli idi.

Qeyd edək ki, sağaldıqdan sonra baxıcıları ilə bağlı dedikləri qanınızı donduracaq : "Qorxuncdu. Ailəm başıma gələnləri öyrənəndə şok olmuşdu. Baxım evindəki insanlar saçımı çəkir, metal qaşıqla dişimə vurur və qaşığı ağzıma yerləşdirməyə çalışırdı. Mənə davamlı qışqırır və əsəbləşirdilər. Ağlayanda isə daha pis davranırdılar. Baxıcı qadınlardan birinin cinsi istismarına da məruz qalmışdım. Qaldığım otağa gəlib mənimlə əlaqəyə girməyə çalışır və cinsi orqanlara toxunurdu. Hər saniyə qaçacağım günü gözlədim" deyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.