Elgiz arıqlamasının sirrini açdı

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Yaşamaq Gözəldir" verilişinin qonağı aparıcı Elgiz Əkbər olub.

Milli.Az xəbər verir ki, aparıcı efirdə etdiyi dietadan danışıb və məsləhətlərini verib.

"Səhər durub çox yüngül səhər yeməyi yeyirdim. Birinci su içirdim, sonra zəncəfilin 200 qram doğranmışını təmiz, qaynanmamış suyun içinə tökür, limonu ortadan bölüb atırdım onun içinə və 3-4 dəstənin yarısından cəfəri tökür, 1 gün saxlayır hər səhər yuxudan duranda içirdim. Özümü çox gümrah hiss edirdim".

Aparıcı dieta zamanı heç bir idmanla məşğul olmadığını, buna baxmayaraq özünü yaxşı hiss etdiyini qeyd edib.

"Nə dərman içmişəm, nə qaçmışam, nə dəki idmanla məşğul olmuşam. İşdən onlara vaxtım yox idi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

 

Videonu izləmək üçün şəklə klikləyin:

Elgiz arıqlamasının sirrini açdı - MƏSLƏHƏT VERDİ