UEFA-dan türk klubuna sərt cəza

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə klubu "Karabükspor" UEFA tərəfindən sərt cəzalanıb.

Day.Az goal.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu Superliqa təmsilçisini avrokuboklardan diskvalifikasiya edib.

Səbəb karabüklülərin Maliyyə Feyr-Pleyinin tələblərinə cavab verməməsi olub. "Karabükspor"la bağlı araşdırma aparan UEFA yekunda bu klubun 2 il beynəlxalq arenadan kənarlaşdırılmasını qərara alıb.

 

"Karabükspor" 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə əldə edə bilsə, orda iştirak edə bilməyəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.