Bacısından qaçarkən avtobusun altında qalan uşaq öldü - Sürücü özünü döydü - Türkiyədə - FOTO

17 февраля 2017 19:59

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Qaziantep bölgəsində bacısından qaçarkən yerə yıxılan 10 yaşlı suriyalı uşaq, sərnişin avtobusunun üstündən keçməsi nəticəsində yerindəcə keçinib. Əldə edilən məlumata görə, 6 il əvvəl Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Qaziantəpin Şehitkamil mahalı Girne Məhəlləsində məskunlaşan ailənin 10 yaşlı uşağı Abdo Həsən onu qovan bacısı Fadıma Həsəndən qaçarkən avtomobil yoluna çıxıb. Tarazlığını itirərək yıxılan Həsən İsrafil Y. -nın idarə etdiyi 27 H 0157 nömrəli sərnişin avtobusunun altında qalıb. Uşağı əzdiyinin fərqində olan sürücü avtobusu dayandırıb və sükan arxasından enib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, uşağın qan içərisindəki bədənini görən avtobus sürücüsü şok keçirib. Əlləriylə dizinə və başına vuran sürücü uzun müddət düşdüyü şokdan çıxa bilməyib.
Hadisənin ardından uşağın yaxınları da qəza yerinə gəliblər. Babası olduğu deyilən bir şəxs qəza sonrası nəvəsinin ayaqqabılarını götürərək bir başqa uşaqla evinə göndərdib.

Qəza anı və sonrası isə anbaan təhlükəsizlik kameralarına əks olunub.

 

Qəzayla əlaqədar istintaq başladııb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.