Ramil Usubov polis generalı təqaüdə göndərdi

Day.Az представляет новость на азербайджанском языке

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

Day.Az APA-ya istinadən xəbər verir ki,  bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
 
DİN-dən APA-ya faktı təsdiqləyiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.