Yük və minik avtomobilləri toqquşdu, 2 nəfər öldü

Day.Az представляет новость на азербайджанском языке

----------
18:50

Cəlilabadda baş verən ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

Day.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Ələt-Astara yolunun 130 km-də, Qarəzəncir kəndi ərazisində "90 ZX 573" dövlət nömrə nişanlı yük maşını ilə BMV markalı "90 FX 557" markalı minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İlkin məlumata görə, ölənlər "BMW"nin sürücüsü və  sərnişinidir. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

----------
18:05

Axşam saatlarında Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşamsaatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.