Əzrayil kimlərin canını alan zaman özünü bəzəyər?

Bir gün Əzrayil (ə) İbrahimin (ə) yanına gəlir ki, onun canını alsın. Ancaq İbrahim (ə) ölümü seçmir. Əzrayil (ə) də Allaha nəzər salır və deyir: "İbrahim (ə) ölümü xoş qarşılamır". Allah da Əzrayilə (ə) vəhy edir: "İbrahimi (ə) azad burax, çünki sağ qalmağını istəyir. Mənə ibadət et". (Erfan)
Bu macəradan bir müddət keçir və bir gün İbrahim (ə) qoca bir kişini görür ki, hər nə yeyir, həzm edə bilmir. O yemək ağzından bayıra tökülür. Bu mənzərəni görən zaman çox təsirlənir və həyatı davam etdirməyi acı görür. Ona görə də ölümə qarşı əlaqəsi yaranır.
Elə bu zaman evinə qayıdır və evində nurani və gözəl bir insan görür ki, onun kimisini indiyə qədər görməmişdi. Soruşur ki, sən kimsən? O, deyir: "Mən ölüm mələyiyəm".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət İbrahim (ə) deyir: "Kim sənə yaxın olmaqdan və səninlə görüşməkdən əlaqəsi olar, baxmayaraq ki, bu cür qəlbləri alan camala maliksən?".
Əzrayil (ə) deyir: "Ey Allahın Xəlili! Nə zaman Allah kiminsə xeyirini istəyirsə, məni bu halda onun yanına göndərir. Əgər onun şərini və pisliyini istəyirsə, məni başqa simada onun yanına göndərir".
Bu zaman İbrahimin (ə) ruhunu qəbz edir. Bu yolla İbrahim (ə) 175 yaşında qəlbi xoş halda axirət evinə tərəf tələsir.