Bakı metrosunda cinayət hadisəsi

Day.Az представляет новость на азербайджанском языке

Bakı Metropolitenində qadının pul kisəsi oğurlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 19-da Bakı şəhər sakini Şölə Yusifovanın çantasından 4 türk lirəsi, 116 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Yadigar Rüstəmov tutulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.