İki minik avtomobili toqquşub: xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı avtomobil yolunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində kənd sakini, 1954-cü il təvəllüdlü Şəmsəddin Qurbanov və onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Nafə Abbasova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.