Kəmər taxmayan sərnişinlərə qarşı mübarizə gücləndirilib

Day.Az представляет новость на азербайджанском языке

Yol polisi kəmər taxmayan sərnişinlərə qarşı reyd keçirib.

Day.Az bildirir ki, buna səbəb sərnişinlərin xəsarət alması və ya ölümlə nəticələnən yol qəzalarının sayının artmasıdır.  

Belə faktların azalması üçün isə yol polisiləri genişmiqyaslı reydləri davam etdirir. Kəmər taxmayan sərnişinlər qanuna müvafiq olaraq 30 manat miqdarında cərimə olunur. Son 3 gün ərzində 300-ə yaxın sürücü bu xətaya görə cərimə olunub. 

Sərnişinin üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmasa belə, onun kimliyi yol polislərinə verilən bort kompüter vasitəsi ilə müəyyən edilə bilir. Elə reyd zamanı da belə fakt aşkarlandı. 

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlmasında bildirib ki, hətta avtomobilin arxa oturacaqının təchizatında kəmər varsa və sərnişinlər ondan istifadə etmirsə, onlar da 30 manat miqdarında cərimələnəcək. 

Müşahidələr isə onu göstərir ki, hazırda ölkə yollarında minik avtobilində kəmər taxan sərnişinlərin sayı çox azdır. Yəqin yol polisinin keçirdiyi reydlər nəticəsində sərnişinlərdə kəmər taxmaq vərdişinə yiyələnərlər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Kəmər taxmayan sərnişinlərə qarşı mübarizə gücləndirilib