Canavar Salyan sakininə hücum etdi

Day.Az представляет новость на азербайджанском языке

Salyan rayonunda canavar kənd sakininə hücum edib. 

Day.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Quyçu kəndində baş verib. 
Belə ki, həmin kəndin sakini, 36 yaşlı Vüsal Ziyafət oğlu Abbasov səhər saatlarında qoyunları otarmaq üçün örüş sahəsinə buraxıb. Bu zaman qoyun sürüsünə tərəf canavarın gəldiyini görüb. Qoyunları qorumaq məqsədi ilə irəli çıxıb.

Canavar birbaşa V.Abbasovun üstünə hücum çəkib. Bu zaman itlər Vüsalın köməyinə çatıb. V.Abbasovla canavarın mübarizəsi 20 dəqiqə çəkib. Kənd sakini canavarı xəsarət almadan zərərsizləşdirib.

Kənd sakinlərinin dediyinə görə, həmin ərazilərdə canavarlar çox olduğundan bu günlərdə bir neçə baş at yalquzaqlar tərəfindən parçalanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.