Bu rayonda qaz olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Fevralın 22-də saat 10:00-dan 16:00-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Ağdam Magistral qaz kəmərləri sahəsinin balansında olan "Kətəlparaq" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Day.Az xəbər verir ki, təmir müddətində Bərdə rayonun Kətəlparaq, Şirvannı, Uğurbəyli, Dəymədağlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.