İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər

Day.Az представляет новость на азербайджанском языке

Qəbul imtahanlarında müsabiqə şərtlərini keçə bilməyən abituriyentlər üçün tələbə olmaq şansı yaradılır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təkliflər göndərilib.

Xezerxeber.az-ın məlumat verir ki, hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə həyata keçirilə bilər. Bu isə abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə olacaq.

Hazırlıq fakültələrində bir il təhsil almaq 1-ci kursa qəbul edilmək üçün əsasdır.

Hazırlıq fakültələrində oxuyan bütün abituriyentlərin hamısını 1-ci kursa qəbul edilməsi real görünmür. Güman edilir ki, hazırlıq fakultələrini bitirənlərin tədris göstəriciləri nəzərə alınacaq.

Nazirliyin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, burda məqsəd müsabiqə şərtlərini keçə bilməyən abituriyentlərə ali təhsil almaq imkanları yaratmaqdır.

Müsabiqədənkənar qəbulun şərtləri və dəqiq detallar Nazirlər Kabinetinin təklifləri təsdiq etdikdən sonra məlum olacaq. Təkliflər qəbul olunacağı təqdirdə, ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.