Sumqayıtda avtobusun vurduğu qadın öldü

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Sumqayıt şəhərində şəhər sakini Ələkbər Ələkbərov idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən həmyerlisi Gülnaz İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada fevralın 21-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.