DİN Zabratdakı partlayışla bağlı məlumat yayıb

Day.Az представляет новость на азербайджанском языке

Daxili İşlər Nazirliyi (DİN) Zabratda baş vermiş partlayışla bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 13 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindəki kafelərdən birində məişətdə istifadə edilən qaz balonunun nasazlığından baş vermiş ani partlayış nəticəsində kafedə dağıntı baş verib.

Orada işləyən 4 nəfər paytaxt sakini aldıqları yanıq xəsarəti ilə xəstəxana yerləşdirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.