Bakı-Qazax magistralında zəncirvari qəza

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Qazax magistralının 392-ci kilometrliyində zəncirvari qəza baş verib.

ARB TV xəbər verir ki, hadisə magistralın Şəmkir rayonunun Seyfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 33 yaşlı Qalib Hüseynov idarə etdiyi "VAZ 21014" markalı avtomobillə Gəncədən Şəmkir istiqamətinə hərəkət edən zaman nəqliyyat vasitəsi Goranboy sakini, 47 yaşlı Mustafa Axunodovun idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi və Şəmkir sakini, 54 yaşlı Abbasəli Əhmədovun sükanı arxasında olduğu "VAZ 2106" ilə toqquşub. Maşınlara ziyan dəysə də xəsarət alan yoxdur.

Qəzaya səbəb kimi "VAZ"lardan birinin sürücüsü Abbasəli Əhmədovun sərxoş olması göstərilir. O, sərxoşluq müayinəsi üçün narkoloji dispanserə aparılıb.

Fakt araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sərxoş sürücü zəncirvari qəzaya səbəb oldu