Ərdoğanla Trampın görüş vaxtı MƏLUM OLDU

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşəcəyi tarix açıqlanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın dövlət başçılarının may ayında görüşəcəyini bildirib.

O, may ayında NATO-da aralıq zirvə görüşünün təşkil ediləcəyini deyib:

 

"Türkiyə prezidenti də bu tədbirə qatılacaq. Orada Donald Trampla təkbətək görüş keçiriləcək. Görüşdə ABŞ-Türkiyə münasibətləri müzakirə olunacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.