15 yaşlı qız qaçıran Əlikram Bayramovun toy kadrları

Day.Az представляет новость на азербайджанском языке

Xəzər TV-də yayımlanan "5 də 5" verilişində bir sıra maraqlı məqamlar ortaya çıxıb.

Day.Az baku.ws-ə istinadən xəbər verir ki, verilişdə qonaq olan Əlikram Bayramovun toy kadrları yayımlanıb. Gəlinin, yəni Əlikramın həyat yoldaşının yaşca çox kiçik görünməsi diqqət çəkib. Hər kəsi gəlinin yaşı maraqlandırıb.
 
Həyat yoldaşını qaçırdığını bildirən müğənni toyda gəlinin yaşı haqqında yalan məlumat verib. Onun əvvəlcə 18 yaşında olduğunu bildirsə də bir qədər sonra 17 yaşı olduğunu qeyd edib. Aparıcı Zaur Kamal isə onu yalan danışmaqda ittiham edərək gəlinin 15 yaşı olduğunu bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı müğənni 15 yaşlı qızı qaçırıb