Qəzalı vəziyyətdə olan binanın sakinləri köçürülür

Day.Az представляет новость на азербайджанском языке

Göyçay şəhərinin Atatürk küçəsində yerləşən, Təhsil Nazirliyinin balansında olan ikimərtəbəli 18 ailəlik yaşayış binasının sakinlərin köçürülməsinə başlanıb.  

Day.Az APA-ya istinadən xəbər verir ki, yaşayış üçün yararsız olan bu binaya sakinlər öz istəklərinə uyğun olaraq pərakəndə halda yerləşiblər. Vaxtilə binada peşə məktəbi fəaliyyət göstərsə də, sonradan yaşayış binası kimi istifadə olunmağa başlayıb.
 
Son aylar yağan güclü qar səbəbindən bina daha da qəzalı vəziyyətə düşüb. Yaşayış binasının dam örtüyü yağan qarın ağırlığına dözməyərək çöküb. Otaqların divarlarında iri çatlar əmələ gəlib, bir neçə mənzil yaşayış üçün tam yararsız hala çatıb.  
 
Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb. Səkkiz ailə binadan köçürülərək kirayə tutulan mənzillərə yerləşdirilib. Həmin evlərin aylıq kirayə haqları rayon İcra Hakimiyyəti tərəfindən ödənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.