Bəzi avtomobil təmiri sexlərindəki qaldırıcılar təhlükəlidir

Day.Az представляет новость на азербайджанском языке

Bəzi avtomobil təmiri sexlərindəki qaldırıcılar təhlükə yaradır. 

Ustaların sözlərinə görə, bəzi Çin istehsalı olan qaldırıcılar keyfiyyətsiz olduğu üçün 1,5 tondan artıq avtomobilləri saxlaya bilmir. Bu halda həm avtomobil zədələnə, həm də təmir edən şəxsin üzərinə düşə bilər. 

Ustalar deyirlər ki, bu qurğuları satan firmanın öz mütəxəssisləri tərəfindən quraşdırılır və ildə 1 dəfə baxış keçirilir. İstifadəçilər özləri də vaxtlı-vaxtında qulluq göstərirlər ki, sıradan çıxmasın. 

Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bu qurğuların quraşdırılması üçün həmin qurumdan xüsususi sertifikat alınmalıdır. Həmçinin də nazirliyin əməkdaşları təmir sexlərinə ildə ən azı 2 dəfə baxış keçirir. 

Bəzilərinin rəsmi sənədi olsa da, avtoqaldırıcını sertifikatsız işlədən ustalar da var. 

Ustalar məsləhət görürlər ki, sürücülər müraciət zamanı sertifikat tələb etsinlər və avtomobillərin Çin istehsalı olan keyfiyyətsiz qurğularla qaldırılmasına icazə verməsinlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bəzi avtomobil təmiri sexlərindəki qaldırıcılar təhlükəlidir