Sumqayıtda bu sexlər insanları narahat edir

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt şəhərinin Yahya Məmmədov küçəsində qeyri-qanuni fəaliyyət göstərən metal əritmə sexləri insanların narahatlığına səbəb olub.

Yaxınlıqda məskunlaşan sakinlər sexlərin tüstüsündən təmiz havaya həsrət qalıblar. Sakinlər deyir ki, havanın zəhərli maddələrlə çirkləndirilməsi səhər və axşam baş verir. 

Sakinlər aidiyyatı qurumlara müraciət edib. Həmin küçədə 5 belə sex gündəlik işləyir. Bu müəssisələrdən münasibət almaq istəsək də, mümkün olmadı. 

4 Saylı Ərazi Ekologiya və Təbbi Sərvətlər şöbəsindən bildirildi ki, sakinlərin haqlı şikayətləri nəzərə alınıb və bunun üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiyada yaradılıb. 

Ərazidə mövcud olan sexlərdən artıq birinin fəaliyyətinə xitam verilib, digərlərində araşdırmalar aparılır.

Day.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda bu sexlər insanları narahat edir