Ağdamda yanğın olub

Day.Az представляет новость на азербайджанском языке

Ağdam rayonu, Xındırıstan kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 m2 olan mebel sexinin içərisində 20 m2 sahəyə yığılmış taxta materialları, 8 ədəd masa, 3 ədəd divan və 4 ədəd mətbəx mebeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 19:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.