“Mançester Yunayted” və "Şalke" 1/8 finalda, "Fənərbağça" dayandı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib. Day.Az apasport.az-a istinadən xəbər verir ki, bu dəfə matçlar 2 günü əhatə edəcək.

İlk oyun günündə 3 qarşılaşma baş tutub. İstanbulda "Fənərbaxça" "Krasnodar"ı, Almaniyada "Şalke" PAOK-u, Fransada isə "Sent Etyen" "Mançester Yunayted"i qəbul edib.
 
Belə ki, ilk oyunlarda 3:0 hesabı ilə qələbə qazanmış "Şalke" və "Mançester Yunayted" üçün qarşılaşmalar formal xarakter daşıyırdı. Almanlar doğma meydanda 1:1 hesablı heç-heçəyə rəğmən növbəti mərhələyə yüksəlib.
 
"Qırmızı şeytanlar" isə səfərdə də evdə olduğu qələbə qazanıblar. Joze Mourinyonun yetirmələri bu dəfə tək qola seviniblər.
 
İstanbuldakı ölüm-qalım savaşında isə "Fənərbağça" uduzub. Rusiyada 0:1 hesabı ilə məğlub olan "sarı bülbüllər" doğma azarkeşləri qarşısında hesabda geri düşüblər. İlk hissənin sonlarında bərabərlik əldə olunsa da, bu, növbəti mərhələ üçün kifayət etməyib.
 
Avropa Liqası
1/16 final mərhləsi, cavab oyunları
 
22 fevral
"Fənərbağça" (Türkiyə) - "Krasnodar" (Rusiya) - 1:1
Qollar: Jozef de Souza, 42 - Smolov, 8
Baş hakim: Pavel Raçkovski (Polşa)
İlk oyun - 0:1
 
"Şalke" (Almaniya) - PAOK (Yunanıstan) - 1:1
Qollar: Şof, 23 - Nastasiç, 25 (öz qapısına)
Baş hakim: Luka Banti (İtaliya)
İlk oyun - 3:0
 
"Sent-Etyenn" (Fransa) - "Mançester Yunayted" (İngiltərə) - 0:1
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun - 0:3

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.