Külli miqdarda dələduzluqda təqsirləndirilən bacılardan xəbər var

Day.Az представляет новость на азербайджанском языке.

Dələduzluqda təqsirləndirilən dəstə üzvləri barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Yaşar Rəsulov və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası martın 2-nə təyin edilib. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyran Rüstəmova Reyhan Hüseynovanın hər biri 11 il, Yaşar Rəsulov 9 il 6 ay, Kəmalə Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıqova, Bahar ƏliyevaElşad Babayevi aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər.
 
Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib. Bütün sənədlər imzalanıb və ona pulu tez bir zamanda götürəcəyi deyilib. Əslində isə imzalanan sənədlər alqı-satqı müqaviləsi olub. Həmin şəxslər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
 
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.
 
Apellyasiya şikayətində onlar cəzalarının azaldılmasını istəyiblər. Onlardan ikisi Ceyran və Kəmalə bacıdırlar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.