Zabit Xocalıya ədalət istədi

Day.Az представляет новость на азербайджанском языке.

Dünya şöhrətli kikboksçumuz, K-1 ustası Zabit Səmədov sosial şəbəkədə Xocalı ilə bağlı paylaşım edib. 

Milli.Az bildirir ki, o, üzərinə "Justice for Khojaly!" ("Xocalıya ədalət") yazılmış köynək geyinərək çəkdirdiyi fotosunu yayıb. 

Xatırladaq ki, Zabit hər zaman Azərbaycan üçün əlamətdar günlərdə harada olmasından asılı olmayaraq dəstək verir. Bütün dünyada yüzlərlə azarkeşi olan və izlənilən idmançımızın bu addımı təqdirəlayiqdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.