Xocalı soyqırımının fotolarda əks olunmuş qanlı izləri

Day.Az представляет новость на азербайджанском языке

İyirmi beş il əvvəl Azərbaycan şəhəri olan Xocalıda bəşər tarixində misli-bərabəri olmayan qırğın törədilib. Bu qırğının hədəfi dinc əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar idi.

Xocalı bir gecədə yerlə-yeksan edildi. Onun sakinlərinə xüsusi qəddarlıqla divan tutuldu. Soyqırımının statistikası bu faciənin miqyasını və amansızlığını açıq-aydın göstərir: ermənilər Xocalıda 613 azərbaycanlını qətlə yetirdilər, meyitlərini təhqir etdilər, 1275 nəfəri girov götürdülər. Onlardan 197-sinin taleyi hələ də məlum deyil.

Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Xocalıda insanlar diri-diri yandırılır, başlarının dərisi soyulur, bədən əzaları kəsilir, gözləri çıxarılır, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilirdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş bu qanlı cinayətin bəzi epizodlarını fotoobyektivin yaddaşına köçürmək mümkün olub. Erməni qəddarlığına şahidlik edən həmin fotolara bu gün də həyəcansız baxmaq olmur. Soyqırımının gecə vaxtı, qəfildən törədilməsi, ermənilərin jurnalistləri hadisə yerinə buraxmaması və relyefin çətinliyi səbəbindən bu qanlı cinayətin bütün izlərini lentə almaq mümkün olmayıb. Lakin əldə olunan fotolar soyqırımının hədəfləri və miqyası barədə əyani təsəvvür yaratmaq üçün yetərlidir.

Day.Az AZƏRTAC-a  fevralın 26-da və sonrakı günlərdə Xocalı çöllərində və onun ətrafında lentə alınmış bəzi fotoları təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.