"Roma" 22 il əvvəlki göstəricini təkrarladı

İtaliya A Seriyasının 26-cı turunun mərkəzi oyunu "Giuseppe Meazza" stadionunda baş tutub. "İnter"in qonağı olan "Roma" 3:1 hesablı qələbə qazanmaqla ikinci pillədəki yerini möhkəmləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Roma" 22 illik göstəricini də təkrarlayıb. Paytaxt klubu 1994/95 mövsümündən sonra ilk dəfə mövsümdə keçirilən hər iki oyunda "nerazzurri"ni məğlubiyyətə uğradıb. Cari mövsümdə tərəflərin "Olimpiko" stadionunda keçirilən oyunu romalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.