Deputatlar pensiya yaşını müzakirə edəcəklər

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Day.Az xəbər verir ki, parlamentdən APA-ya verilən məlumata görə, "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb.
 
Qeyd edək ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.