Yerevan yenə çalxalanır: daha bir etiraz aksiyası

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan hökuməti yenidən mitinqçiləri aldadaraq, onların tələblərinə cavab verməyib. Buna cavab olaraq, nümayişçilər daha bir tələb irəli sürüblər - Artur Sarkisyanın ölümündə təqsirlilərin hamısı barəsində cinayət işinin başlanması.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, bu gün Şayen Arutyunyanı və onun dostlarını sosial şəbəkələrdə təhdid ediblər. Günorta isə Respublika meydanında mitinq iştirakçılarını qorxutmaq məqsədilə atəş səsləri eşidilib.

Şayen Arutyunyan Artur Sarkisyanın məktubunu oxuyan zaman mitinqə toplaşanlar "Serjik - cəhənnəm ol" şuarı səsləndiriblər,

Elə bu gün Ermənistan hakimiyyəti Artur Sarkisyanın cəsədinin ekspertizasının aparılması barədə göstəriş verib, halbuki vəkillər müstəqil ekspertlərin dəvət olunmasını tələb etmişdilər.

Mitinq iştirakçılarının yazılı tələbinə cavab zərurəti aradan qalxıb və hazırda insanlar yürüşlə hökumət binasına tərəf irəliləyirlər. Onlar "Artur", "Çörək verəni öldürdülər", "Serj qatildir" və "Biz həll edirik" şüarları səsləndirirlər.

Aksiya təşkilatçıları polisin və rejimin təxribat törətmək niyyətini gözəl anlayır ki, nümayişçiləri dağıtmağa bəhanə olsun, buna görə də, hər bir hərəkət təşkil olunmuş formada həyata keçirilir.

* * *

Bu gün Yerevanda Artur Sarkisyanın xatirəsinə həsr olunmuş etiraz aksiyaları davam etdirilib. Günorta saatlarında mitinq iştirakçıları şəhər boyu yürüş edərək, hökumət binasına tərəf hərəkət ediblər.

Amiran küçəsində Şayen Arutyunyan və bir qrup etirazçı oturaq tətil keçiriblər ki, bu da polis əməkdaşlarını qıcıqlandırıb və qanun keşikçiləri güc tətbiq edəcəkləri ilə hədələyiblər. Azadlıq meydanına qayıdan nümayişçilər oturaq tətilə qoşulublar.

Xatırladaq ki, bu gün saat 18:00-da Ermənistan hakimiyyəti tətilçilərin Artur Sarkisyanın Yelabur qəbiristanlığında basdırılması tələbinə cavab verməlidirlər və elə bu vaxta da Azadlıq meydanında mitinqin başlanacağı elan edilib ki, hökumətin cavabı səsləndirilsin.

Tələblər arasında həmçinin Artur Sarkisyanın ölümünün səbəbkarlarının, o cümlədən ədliyyə və səhiyyə nazirlərinin, müstəntiq və prokurorların, həm də prezident Serj Sarkisyanın cəzalandırılması da var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.