Türkiyənin güləş yığması qəzaya düşdü

19 марта 2017 12:27

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokundan Tehran hava limanına yollanarkən qəzaya düşüb.

Milli.Az-n report-a istinadən məlumatına görə, yığmanın olduğu avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində komanda üzvlərindən zədələnən olmayıb.

Əvəzində yük maşınında olanlar yaralanıblar. Onlara ilkin yardımı millinin həkimi Ömər Kırmızı göstərib.

Qeyd edək ki, Türkiyə yığması Dünya Kubokunda 4-cü yeri tutub. Yarışda iştirak edən Azərbaycan millisi isə finalda Rusiyaya uduzaraq, 2-ci olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.